Thursday, February 21, 2013

gobustone blokları mütəxəssislərin seçimidir

Tikintidə enerjiyə qənaət nə dərəcədə realdır? Binanın inşasında xərcləri maksimum aşağı salmaq mümkündürmü? Bu suallar xarici mütəxəssislərində iştirak etdiyi seminarda bir daha səsləndi. Məsamali hörgü bloklarının geniş yayıldığı Rusiya və eləcə də Belarusdan gələn ekspertlərin fikrincə gobustone hörgü  bloklardan tikilmiş evlərdə fundamentə düşən yük azalır və enerjiyə qənaət etməyə imkan yaranır ki, bu da eyni zamanda tikinti zamanı çəkilən xərcləri azaldır. Bu xüsusiyyətləri  Belarus tikinti üzrə elmi-araşdırma institutunun mütəxəssisi Yuliya Rixlenok sadaladı. 



Rusiyadan mütəxəssis isə qeyd etdi ki, bir çox ölkələrdə məsaməli beton divar tikinti materialları işində bazarın 60 faizini tutur. "Bu gün Rusiya məsaməli beton bloklar istehsal həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir” - deyə Qrinfeld bildirib.

Bu baxımdan mütəxəssislər məsaməli hörgü bloklarını ən ucuz divar hörgü materialı hesab edirlər.