Thursday, February 21, 2013

gobustone blokları mütəxəssislərin seçimidir

Tikintidə enerjiyə qənaət nə dərəcədə realdır? Binanın inşasında xərcləri maksimum aşağı salmaq mümkündürmü? Bu suallar xarici mütəxəssislərində iştirak etdiyi seminarda bir daha səsləndi. Məsamali hörgü bloklarının geniş yayıldığı Rusiya və eləcə də Belarusdan gələn ekspertlərin fikrincə gobustone hörgü  bloklardan tikilmiş evlərdə fundamentə düşən yük azalır və enerjiyə qənaət etməyə imkan yaranır ki, bu da eyni zamanda tikinti zamanı çəkilən xərcləri azaldır. Bu xüsusiyyətləri  Belarus tikinti üzrə elmi-araşdırma institutunun mütəxəssisi Yuliya Rixlenok sadaladı. 



Rusiyadan mütəxəssis isə qeyd etdi ki, bir çox ölkələrdə məsaməli beton divar tikinti materialları işində bazarın 60 faizini tutur. "Bu gün Rusiya məsaməli beton bloklar istehsal həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir” - deyə Qrinfeld bildirib.

Bu baxımdan mütəxəssislər məsaməli hörgü bloklarını ən ucuz divar hörgü materialı hesab edirlər.

Sunday, January 27, 2013

İlin milli brendi - gobustone

Tikinti bazarında bir il olmağımıza baxmayaraq artıq ilin brendi mükafatına layiq görüldük. Bu çox sevindirici haldır. Çünki, gobustone brendi ilə biz böyük məsuliyyət götürmüşük üzərimizə. Böyük tarixə malik qobustan qaya rəsmlərinə yaxın yerləşən zavodda elə məhz bu addan ilhamlanaraq tikinti məhsulu- gobustone brendi istehsal olunur. Ən qədim insan məskənlərindən olan Qobustan abidələri qədim insanlar üçün etibarlı yaşayış yeri olub. Bu abidələr bizə qədim insanalrdan qalan yadigardır. Bizdə istərdik ki, indiki nəsil gobustone blokları ilə inşa olunan evləri öz övladlarına, gələcək nəsillərə qoyacaqlar. 

Bu gün gobustone inşaatçılar arasında böyük maraq doğurub. Məhsulumuzun keyfiyyətini və etibarlılığını bir sıra iri tikinti şirkətləri yüksək qiymətləndirərək müxtəlif tikililərdə istifadə edirlər. Bu barədə AAC MMC nin baş direktorun müavini İsrail Asaliyev bildirib.


2012 ci ilin milli brendi mükafatini AAC zavodunun baş direktorun müavini İsrail Asaliyevə təqdim olundu. 

Təqdimatdan şəkillər burada- gobustone 2012-ci ilin milli brendi