Wednesday, December 26, 2012

Tikinti bazarında 1 il - gobustone blokları

Bir neçə il əvvəl maket halında olan zavod artıq bir ildirki, gobustone məsaməli beton bloklarının istehsalını həyata keçirir. 2011 ci il 26 dekabrda zavodun rəsmi açılış mərasimi oldu. O gündən etibarən ölkədə tikinti bazarında yavaş -yavaş irəliləyən gobustone blokları buğun müəyyən inam qazana bilib. Bir sıra böyük layihələrin inşasında məhz bu daşlardan istifadə olunması bunu bir daha sübut edir.  

gobustone daşlarında Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunub.

Biz ümid edirik ki, bu bizim uğurlarımızın başlanğıcıdır. Cünki, dünya praktikası göstərir ki, bütün iqlim şəraitinə uyğun olan gobustone blokları divar tikinti materialları sahəsində əhəmiyyətli nailiyyətdir”. Bunu isə  gobustone zavodunun baş direktoru Teymur Abdurəhimov  zavodun bir yaşı ilə bağlı təşkil olunmuş tədbirdə bildirib. 

26 dekabr bir yaşı AAC zavodu yenə də öz müştəriləri və tərəfdaşları ilə birgə keçirdi. Tədbirdən fotosessiyaya aşağıdakı lonkdən baxa bilərsiniz. 

Tuesday, December 18, 2012

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri zavodumuzda

Azərbaycan Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbələri müasir tikinti materialları zavodunda olublar. Tələbələr üçün ilk tanışlıq olan bu görüş zamanı onlar məsaməli beton bloklarının xüsusiyyətləri, həmçinin istehsal texnologiyası ilə tanış oldular. Ekskursiyanı istehsal departamentinin müdir müavini Niyaz Abdullayev keçirdi. 

Ekskursiyadan sonra AAC mütəxəssisləri ziyarətçilər üçün məsaməli beton bloklardan divar hörgüsünü də nümayiş etdirdilər. Hörgü zamanı tələbələr sual cavab vasitəsilə "gobustone" məsaməli beton blokların xüsusiyyətləri ilə tanış oldular və bu məhsulu ənənəvi tikinti materialları ilə müqayisə etdilər. 

Monday, November 26, 2012

gobustone tikinti blokları Qərb regionunda


Azərbaycan tikinti bazarı üçün unikal məhsul olan “gobustone” məsaməli beton blokları Qərb regionun tikinti şirkətlərinə təqdim olundu. Tikinti şirkətinin nümayəndələri və memarlar müasir tikinti materialı olan “gobustone” məsaməli beton blokları, bu blokların xüsusiyyətləri, ənənəvi tikinti materialları ilə müqayisə etdilər.
Tədbiri açan AAC şirkətinin baş direktoru Teymur Abdulrəhimov daxili bazarı ən qabaqcıl və müasir tikinti materialları ilə təmin edərək rahat həyat şəraitinin yaradılması və müasir yaşayış bina və obyektlərin keyfiyyətli tikilməsini təmin etməkdir.
Tədbirdə gobustone bloklarında divar  hörgüsü də baş tutdu
Xatırladaq ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunub.

Monday, October 22, 2012

gobustone- Bakubuild sərgisinin "yaşıl" stendi

Ötən həftə, 17-20 oktyabr Baku Expo mərkəzində inşaat sərgisi baş tutdu. Ətraf mühit dostu olan gobustone blokları da bu sərgidə iştirak edirdi. gobustone məsaməli beton bloklarını insanlara daha yaxşı tanıtmaq üçün AAC şirkəti pavilyonun bir hissəsində hörgü prosesini əyani olaraq nümayuş etdirirdi. "Müasir daş dövrü" süarı ilə sərgidə nümayiş olunan "gobustone" stendində ziyarətçilər tikinti prosesinin mühüm dərəcədə tezləşməsinin şahidi oldular.

Horgü prosesi


Stendə baş çəkən hər kəs məhsulun xüsusiyyətləri haqqında ətraflı məlumat əldə etdilər. Artıq üçüncü ildir ki "BakuBuild" sərgisində nümayiş olunan tikintinin yeni lideri olan "gobustone" stendinin özünəməxsusluğu bütün pavilyonun şirkətin öz məhsulları olan məsaməli beton blokları ilə quraşdırılması idi.

Xatırladaqki, ətraf mühit dostu gobustone məsaməli beton blokları artıq "28 Mall" ticarət mərkəzi, "Quba Rixos" hoteli, "Port Baku Tower və Residence", ADA-nın inzibati binası, "Trump Tower" kimi layihələrdə özünü sübut edib. Ümid edir ki, ətraf mühitin dostu olan "gobustone" məsaməli beton blokları ölkəmizdə yaşıl binaların artmasına öz tohfəsini verəcək.

Monday, October 1, 2012

gobustone ilə yaşıl binalar

 Keçən ay 17-23 sentyabr yaşıl binalar həftəsi kimi qeyd olundu.

Son zamanlar artıq ölkəmizdə də yaşıl iqtisadiyyata maraq, ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir. Yaşıl binalar enerji resursları itkisini azaltdığı üçün iqtisadiyyatda mühüm rol oynayır.

yaşıl binalar gələcək nəsillər üçün də mühümdir


Məhz buna görə də tikinti sahəsinin yaşıllaşması və yaşıl binaların artması gələcək nəsillər üçün də önəmli amildir.

İstilik izolasiyalı, ətraf mühitin dostu gobustone blokları sizi ətraf mühiti qoruyacaq seçimlər etməyə, enerji resurslarını qorumağa çağırır.


Wednesday, August 29, 2012

Memarlıq birbaşa tikinti məhsulu ilə əlaqəlidir

Son illər ərzində Cənubi Qafqazın memarlarının layihələri böyük maraqla qarşılanır və onlar bir çox müsabiqələrdə qalib gəlirlər. Müasir tikinti bumu isə öz peşəkarlığını nümayiş etdirmək istəyən memarlarımız üçün əla imkandır. Deyirlər ki, memarlar gələcəyə baxır və gələcək onların masalarının üzərindədir. 

Şəhərsalma, tikinti və memarlıq göründüyündən daha məsuliyyətli və ciddi işdir. Bu sağlamlıq, gözəllik, ekologiya, mədəniyyət və gələcək nəsillərin taleyi deməkdir. Məhz buna görə də, bü gün tikinti sahəsində çalışan bütün mütəxəssislərin fikrincə istənilən layihənin reallaşdırılması zamanı tikinti materialının seçimi böyük önəm daşıyr. Mütəxəssislər artıq öz seçimlərini məsaməli beton bloklarda ediblər. Bütün Avropa bu məhsula üstünlük verir. Müasir Tikinti materialı olan “gobustone” gələcək nəsillərin sağlam olması üçün düzgün, ekoloji cəhətdən təmiz tikinti materialıdır. Eyni zamanda enerji sərfiyyatına qənaət edən, “gobustone” məhsulundan istifadə etdikdə siz ətraf mühitin və sərvətlərimizin qorunmasına dəstək vermiş olacaqınlz. 

Biz memarlarımızın işlərinə baxıb fəxr edirik və onlarla sıx əməkdaşlıq etmək istərdik. “gobustone” müasir tikinti materialından danışdıqda biz istərdik ki, bu məhsul nəyinki Azərbaycanın həmçinin bütün Cənubi Qafqazın memarlığında özünü doğrultsun.”Bunu AAC müasir tikinti materialları zavodunun baş direktoru Teymur Abdurəhimov deyir.
Qeyd edək ki, iyulun 27-də “gobustone” tikinti Materialının istehsalçısı olan “AAC” şirkətinin dəstəyi ilə “Qırmızı körpü. Müasir Cənubi Qafqaz Memarları” adlı kitabın Müasir İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib. Azərbaycan və Gürcüstan memarlarının maraqlı və qeyri-adi layihələrinin əksi olan bu kitabın müəllifləri Azərbaycanın tanınmış memarı Elçin Əliyev və Gürcüstanın aparıcı memarı olan Nino Lagidzedir. 

Təqdimat mərasimində Azərbaycan, Gürcüstan və Rusiyanın aparıcı memarları iştirak ediblər. İlk sözü müəlliflər daha sonra isə Azərbaycan Memarlar birliyinin birinci vitse-prezidenti Elbay Qasımzadə dedi. Onun dediyinə görə bu cür dəyərli kitabın dərci iki dost dövlətin memarlarının əziyyətli və səmərəli əməkdaşlığının gözəl nümunəsidir.

Thursday, August 23, 2012

green Mall 28 -dən son şəkillər


gobustone məsaməli beton bloklarında tikilmiş Mall 28 ticarət mərkəzinin daxili dizaynında işlər davam edir. Bu şəkillər bir neçə həftə əvvəl çəkilib. Ticarət mərkəzinin rəsmi açılışı sentyabrın 15-ə planlaşdırılıb. Hələlik bu şəkillər vasitəsilə sizdə ticarət mərkəzinin daxili görünüşü haqqında ilk fikir yaranacaq.


28 Mall-un daxili dizayni

daxili dizaynın ən son şəkilləri

Ticarət mərkəzinin dizaynında taxta işləmələrdən istifadə olunub bu da maraqlı şəkil verib dizayna.






Daha bir maraqlı dizayn isə ticarət mərkəzinin divarlarından birində himnimizin əks olunmasıdır




Azərbaycanda ekoloji cəhətdən təmiz ticarət mərkəzi olan Mall 28 bu yaxınlarda sizin istifadənizə veriləcək. Bizdə  bu fərqli dizayna sahib mərkəzin açılışını səbirsizliklə gözləyirik. 

Şəkillər SkyscraperCity Azerbaijan veb sehifəsindən götürülüb. 

Friday, August 17, 2012

Yayda sərin qışda isti

Qısa zaman ərzində daha ucuz və keyfiyytəli bina necə tikmək olar? Bu mümkündürmü? Əvvəlllər bu sualı cavablandırmaqda yəqinki çətinlik çəkərdik. Amma artıq daha asan emal olunan, keyfiyyətli və vaxta qənaet edən tikinti materialının mövcudluğu bu sualın cavabını tapmaqda bizə köməklik edir. Cavab isə gobustone məsaəməli beton bloklarıdır.
gobustone bloklarından duzəldilmiş ev maketi

gobustone blokları ilə ev tikmək bu maketi hazırlamaq qədər asandır. Yüngül çəkisi və böyük ölçüsü tikinti işini gözləndiyindən də daha tez başa vurmağa kömək edir. Tikinti prosesində bütün düşüncələri alt-üst edən gobustone blokları artıq Azırbaycan bazarında tanınmağa başlayıb. Amma bu blokların üstünlükləri ilə heç də hər kəs xəbərdar deyil.
Daha əvvəlki postlarda blokların ekoloji cəhətdən təmiz olmasından bəhs etmişdik. İstehsal prosesində heç bir toksik maddə ətraf mühitə buraxılmadığından bloklar tam olaraq ekoloji cəhətdən təmiz məhsul hesab olunur. Amma bu yeganə xüsusiyyət deyil.  Ekologiya ilə yanaşı enerji sərfiyyatına qənaet etməsi onun ideal bir tikinti materialı olduöunu demeyə əsas verir. Tikinti materialının eneerjiyə qənaəti necə ola bilər? Bu onunla izah olunurki, məsələn isti yay günlərində və ya soyuq qişda evimizi arzu olunan temperatura çatdlrmaq üçün istimə və soyutma sistemlərindən istifadə edirik. Dözülməz istilərdə və şaxtalı qışda bəzən gün boyu bu sistemlərdən sitifadə edirik və nəticə də enerji sərfiyyatının məsrəfi gözlədiyimizdən artıq olur. Amma evimizi gobustone blokları ilə tiksək bu cür problemləri daha az yaşayarıq. Niyə, çünki bu bloklarla tikilmiş evdə isti və soyuq xarici divarlar ilə çölə getmir evin içində qalır. Ona görə də, yayda serinlik, qishda ise isti uzun muddet otaqlarda qalır və enerji sərfiyyatı xeyli azaldır.
İqtisadi baxımdan çıx yararlı olan gobsutone blokları enerjiyə 30-40 faiz, bünövrənin inşası zamanı məsrəflərə 20-30 faizə qənaət edir.






Tuesday, August 7, 2012

gobustone bloklari ilə "yaşıl" ticarət mərkəzi


Yaxın günlərdə açılışı olacaq 28 Shopping Mall Bakıda ekoloji cəhətdən təmiz ilk ticaret mərkəzidir.Çünki, mərkəzin tikintisində ekoloji cəhətdən təmiz gobustone məsaməli beton bloklardan istifadə olunub.

Mall 28 ticarət mərkəzi 
Hazırda Paşa İnşaat işləri tamamlamaqdadır. Xatlrladaq ki,  ticarət mərkəzi Bakının mərkəzində, Behbudov və Füzuli küçələrinin kəsişməsində, Mərkəzi Dəmiryol Vağzalı və 28 May metro stansiyasının yaxınlığında yerləşir. 


Mall 28 layihəsi ilk olaraq seçilmiş peşəkar ticarət mərkəzi dizaynerləri komandası tərəfindən düşünülüb. Fasadlar isə yaxınlıqda olan digər tanınmış binaların arxitekturasına müvafiq olaraq klassik standartlara uyğun bəzədilir. 

Mall 28 ticarət mərkəzinin daxili dizaynı 
Böyük ticarət mərkəzi - Mall 28 Bakıda aparıcı beynəlxalq pərakəndə tacirlərin əksəriyyəti burada ilk mərkəzi mağaza açacaq və buna əlavə olaraq mərkəzdə, həmçinin, Cəfər Cabbarlı meydanına açılan böyük Food Court (alış-veriş ticarət mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlarla yanaşı 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcud olacaq. 

Mall 28 ticarət mərkəzində qarışıq satış əsasən münasib "high street" dəbi üzrə mərkəzləşəcək.

Ticarət mərkəzinin tikintisi zamanı gobustone daşlarında istifadə onu ekoloji cəhətdən təmiz etməklə yanaşı, həm də enerji sərfiyyatına qənaet olunmasına kömək edəcək. 


Mall 28 tikinti prosesi 


tikinti prosesi


ticarət mərkəzinin tikintisi zamanı


Add caption

                                                        

Daha sağlam və ekoloji cəhətdən təmiz tikinti sağlamlığimiz üçün tam təhlükəsiz olan gobustone məsaməli beton blokları vasitəsilə artıq mümkündür!!!! Gəlin bir yerdə daha sağlam bir dünya inşa edək!! gobustone blokları bu işdə sizə kömək edə biləcək yeganə tikinti materialıdır. 

Tuesday, July 31, 2012

gobustone daşları ilə ideyalar tükənmir

məsaməli beton bloklardan divan

Evinizdə rahatlıq yaratmaq öz əlinizdədir. Həyətinizdə məsaməli beton bloklardan belə bir divan duzəldərək rahatlığınızı təmin etmiş olacaqsız. Necə? Sadece asan işlənə bilmə xüsusiyyəti vasitəsilə beton blokları kəsmək, üzərində işləyərək müxtəlif formalara sala bilərsiz. Bu daşlar vasitəsilə bütün ideyalarınızı reallaşdıra biləcəksiz. Ən əsası isə bu mövcud imkanların yalnız bir hissəsidir.

məsaməli beton bloklardan rəf
Məsaməli beton bloklardan təkcə tikintidə yox, həm də dizaynda da istifadə edə bilərsiz. İşə bir az yaradıcı yanaşaraq mətbəxdə belə bir rəf düzəldə bilərsiz. 1,2,3 və rəf artıq hazırdır. Amma bu da hələ hamısı deyil....

məsaməli beton bloklardan düzəldilmiş şərab zirzəmisi
Məsaməli betonla ideyalar bitmək bilmir. Bu daşların verdiyi imkanlar tükənmir, daha da artır. Müxtəlif formalarda kəsilə bilmə xüsusiyyəti sizə hətta belə gözəl bir şərab zirzəmisi düzəltmək şansı da verir. Məsaməli beton sizin bütün ideyalaranıza açıqdır. Arzuladiğiniz evi məsaməli betonla tikin və istədiyiniz dızaynı  edin.

Nə üçün məhz gobustone blokları?


Tikinti materialının seçimi kifayət qədər çətin məsələdir və tikinti ilə məşğul olan hər bir şəxs buna maksimal dərəcədə diqqət yetirir. Məsaməli beton bloklar, kərpic və ya hər hansı başqa material ən dərin təhlildən və bütün istifadə edilən xüsusiyyətlərin öyrənilməsindən keçməlidir.
İstehsaldan yenicə çıxmış gobustone məsaməli beton bloklar
Məsaməli beton bloklar divar tikintisi materialları sahəsində ən əhəmiyyətli nailiyyətlərindən biridir. Bu gün o, ən məşhur tikinti materiallarından birinə çevrilib. Bu, uzunömürlülük və möhkəmlilik, kiçik ölçü, tikintinin olduqca sadə texnologiyası və əla ekoloji keyfiyyətlər kimi unikal xüsusiyyətləri özündə birləşdirən inqilabi materialdır. Qeyd edək ki, məsaməli beton məhsulları Avropada hələ ötən yüzilliyin əvvəllərində uğurla tətbiq edilməyə başlanmış və hazırda, MDB ölkələri daxil olmaqla Avropada divar tikintisi materiallarının ən çox yayılmış növlərindən biridir. Onun bazarı həmçinin Asiyada, Yaxın Şərqdə, son vaxtlar isə Amerikada da sürətlə genişlənməkdədir.
Məsaməli beton bloklar istənilən iqlim şəraiti üçün yararlı olan əla tikinti materialıdır. Ondan, daxili və xarici, daşıyıcı və daşıyıcı olmayan divarlar, əsas divarlaı, karkas divarları kimi bütün növ divarların inşasında karkas konstruksiyalarda, divar arakəsmələrində, yanğına qarşı divarlarda və s.-də doldurucu qismində istifadə edilir. Məsaməli beton məhsulları eyni zamanda beton kotteclər, çox mərtəbəli evlər, məktəblər, xəstəxanalar, idman zalları, sənaye və kommersiya qurğuları və s. kimi istənilən növ tikililərin inşası üçün yararlıdır. Məsələn, 5-6 gün ərzində 4 nəfərdən ibarət briqada təxminən 150 m2 sahəyə malik fərdi kottec inşa edə bilər. Lakin, onun istifadəsi yalnız azmərtəbəli binaların inşasında deyil, həm də çoxmərtəbəli binaların inşasında da öz təsdiqini tapıb.
Məsaməli beton bloklar qumdan, yaxud tozlaşdırılmış küldən, sementdən, əhəngdən, anhidritdən (gipsin) və məsamə yaradan maddədən hazırlanır. Avtoklavda yüksək təzyiq altında kütlənin buxara verilməsi nəticəsində orta sıxlığı təxminən adi betonun sıxlığından beş dəfə az olan fiziki və kimyəvi baxımdan sabit məhsul alınır.
Məsaməli strukturu sayəsində məsaməli beton bloklar olduqca xırda, bir-birləri ilə əlaqəli olmayan saysız-hesabsız hava borucuqlarından ibarətdir və bir sıra dəyərli xüsusiyyətlərə malik əla izolyasiya materialıdır. Aparılmış bir sıra yoxlamalara əsasən dünya təcrübəsində məsaməli beton blokların istifadə müddəti – 80 ilə yaxındır  və 4 saat yanğına davamlılıq xüsusiyyətinə malikdir, rütubətə, kifə, göbələyə qarşı davamlıdır.

gobustone- evinizin sağlam təməli


Məsaməli beton - daş və ağacın ən yaxşı keyfiyyətlərini özündə birləşdirən bir materialdır. Artıq uzun zamandırki, məsaməli beton inşaatçıların müsbət rəyini alaraq etibarlı divar materialı kimi özünü sübut etmişdir. Bəs məsaməli beton bloklarının üstünlüyü nədir?
Ev sahibini tikintinin sona çatması narahat edir. Hər bir inşaatçı mümkün qədər az xərclə təhlükəsiz bir bina tikməyə çalışır.
Digər tikinti materialları ilə müqayisədə məsaməli beton blokların xərci və çəkisi 1/3 dəfə azdır. Məsaməli beton məhsullarının çəkisı, ideal forması, ölçüsü əlavə xərclərə qənaət etməyə imkan verir. Beləliklə, məsaməli beton bloklarının yüngüllüyü sayəsində bünövrəyə düşən güc azalırki, bu da binanın təməlinin qoyulma prosesində artıq qənaet etməyə imkan verir.
İstehlakçının xeyrindən danışdıqda o zaman qeyd etməliyik ki, məsaməli beton bloklar divarın qalınlığını azaldaraq enerji səmərəliliyi, səs izolyasiyası, şaxtaya davamlılığı təmin edir. Və ya, əksinə, qalınlığı saxlamaqla da səs izolyasiyası, enerji səmərəliliyini, şaxtaya davamlılığı daha da artırmaq olar.
Asanlıqla kəsilə bilən gobustone blokları
Məsələn, divarın qalınlığı 300 mm olan D 500 məsaməli beton bloklardan tikilmiş ev, qalınlığı 400 mm olan digər tikinti materiallarından hörülmuş evlə uyğunluq təşkil edir. Beləliklə, materiala qənaet edərək binanın yüngüllüyünü təmin etmək və daha geniş ev tikmək mümkündür.
Məsələn, bir məsaməli beton bloku, 6-10 kərpic və 2-3 mişardaşını əvəz edə bilər. Böyük ölcülərə baxmayaraq, məsaməli beton yüngül tikinti materialıdır. Bu isə işçi qüvvəsinə çəkilən əziyyəti aşağı salır. Nəticədə, məsaməli beton blokar vasitəsilə evlərin tikintisi 4 dəfə daha tez və daha az xərclə realalşdırmaq mümkündür.
Burada məsaməli betonun yüngüllüyünü və asan ölçülərini xüsusi qeyd etmək lazımdır. Məsələn, 625x300x250 mm ölçülü bir məsaməli beton blok çəkisi 16 kq olduğu halda, eyni ölçülü mişar daşının çəkisi ise 50 kqdır. Məsaməli beton blokların yüngül və böyük ölçüləri olması tikinti işinin vaxtını xeyli azaldır. Belə ki, məsaməli beton bloklardan sahəsi 150-200 m2 olan evin tikintisini bir ay ərzində bitirmək olar ( yüksək ixtisaslı komanda ilə daha tez mümkündür). Kərpiclə isə bu cür evin tikintisi üç ay çəkə bilər.
Məsaməli beton bloklar ekoloji və texniki xüsusiyyətləri ilə bu gün müxtəlif növ binaların tikintisi üçün ən uyğun və etibarlı tikinti material hesab olunur. Inamla gobustoen məsaməi beton bloklarını gələcəyin tikinti materialı adlandırmaq olar.

Friday, July 20, 2012

gobustone daşları ilə ekoloji cəhətdən təmiz evlər

Müxtəlif ölçülərdə gobustone məsaməli beton blokları
gobustone məsaməli beton bloklardan tikilmiş evlər və obyektlər Azərbaycanda tikintidə əsaslı dəyişiklik edəcək və obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək. Çünki, məsaməli beton beynəlxalq standartlara cavab verən ekoloji cəhətdən zərərsiz tikinti materialıdır. Onun üstünlüyü isə ondan ibarətdir ki, beton blokların istehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunur. Hazır tikinti məhsulu təsirsizdir və ətrafa heç bir birləşmə buraxmır, buna görə də insanların sağlamlığı üçün tam təhlükəsizdir.
“Nəfəs” alan gobustone beton bloklar rütubət və temperatur dəyişikliklərin təsiri altında demək olar ki, dəyişmir və bu məhsuldan tikilmiş evdə taxta evdəki kimi asanlıqla nəfəs almaq olur.
Müasir məsaməli beton qum, əhəng, su və az miqdarda sementdən hazırlanır. Ondan heç bir zəhərli maddə ayrılmır və ekoloji göstəricilərinə görə yalnız taxtadan geri qalır. Amma, bununla belə məsaməli beton taxtadan fərqli olaraq yanmır, çürümür və köhnəlmir. Başqa bir ekoloji göstərici zədələnmiş və sınmış blokların yenidən istifadə etmək imkanın olmasıdır.
Bundan əlavə, mineral tərkibinə görə, məsaməli beton yanmayan tikinti məhsulu kimi təsnif olunur. O, 1200 dərəcə S-də yanmır və eyni zamanda, digər tikinti materiallardan fərqli olaraq istiyə davamlıdır. Ona görə də, məsaməli beton insan həyatı və əmlakın saxlanılmasına kömək edən yanğın yayılmasının qarşısını alan yanğına qarşı divarların quraşdırılmasında istifadə olunur.
Məsaməli beton, əvvəlki tikinti materiallarına nəzərən möhkəm, yüngül, üzün ömürlü, istiyə və şaxtaya qarşı davamlı, buxar keçirmə qabiliyyəti (məsaməli beton bloklarından olan divarlar “nəfəs alır”), səthin təmizliyi və hamarlığa malik olması, ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Məsaməli beton məhsulları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.
Qonşu region və Avropa ölkələrində məsaməli betondan olan tikinti materiallarının istehsalına investisiya qoyuluşu cəlbedici sayılır. Rusiyada məsaməli betondan olan tikintinin həcmi sürətlə artır. 2009-cu ildə məsaməli betonun tikinti bazarında payı yaşayış mənzil tikintisində 10.1%, qeyri-yaşayış sahələrinin tikintisində isə 13.6% təşkil edib. Bu göstərici inkişaf etmiş Avropa ölkələrində uyğun olaraq 35-45% təşkil edir.
MDB ölkələrindən Belorusda yaşayış mənzil tikintisində məsaməli betonun payı 46% təşkil edir, 2015-ci ilə qədər isə azmərtəbəli yaşayış evlərinin tikintisində bu payın 97%-ə çatdırılması nəzərdə tutulur. Ukraynada məsaməli beton məhsulunun istehlak həcmi 8 mln kub.m/il təşkil edir.