Friday, July 20, 2012

gobustone daşları ilə ekoloji cəhətdən təmiz evlər

Müxtəlif ölçülərdə gobustone məsaməli beton blokları
gobustone məsaməli beton bloklardan tikilmiş evlər və obyektlər Azərbaycanda tikintidə əsaslı dəyişiklik edəcək və obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək. Çünki, məsaməli beton beynəlxalq standartlara cavab verən ekoloji cəhətdən zərərsiz tikinti materialıdır. Onun üstünlüyü isə ondan ibarətdir ki, beton blokların istehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunur. Hazır tikinti məhsulu təsirsizdir və ətrafa heç bir birləşmə buraxmır, buna görə də insanların sağlamlığı üçün tam təhlükəsizdir.
“Nəfəs” alan gobustone beton bloklar rütubət və temperatur dəyişikliklərin təsiri altında demək olar ki, dəyişmir və bu məhsuldan tikilmiş evdə taxta evdəki kimi asanlıqla nəfəs almaq olur.
Müasir məsaməli beton qum, əhəng, su və az miqdarda sementdən hazırlanır. Ondan heç bir zəhərli maddə ayrılmır və ekoloji göstəricilərinə görə yalnız taxtadan geri qalır. Amma, bununla belə məsaməli beton taxtadan fərqli olaraq yanmır, çürümür və köhnəlmir. Başqa bir ekoloji göstərici zədələnmiş və sınmış blokların yenidən istifadə etmək imkanın olmasıdır.
Bundan əlavə, mineral tərkibinə görə, məsaməli beton yanmayan tikinti məhsulu kimi təsnif olunur. O, 1200 dərəcə S-də yanmır və eyni zamanda, digər tikinti materiallardan fərqli olaraq istiyə davamlıdır. Ona görə də, məsaməli beton insan həyatı və əmlakın saxlanılmasına kömək edən yanğın yayılmasının qarşısını alan yanğına qarşı divarların quraşdırılmasında istifadə olunur.
Məsaməli beton, əvvəlki tikinti materiallarına nəzərən möhkəm, yüngül, üzün ömürlü, istiyə və şaxtaya qarşı davamlı, buxar keçirmə qabiliyyəti (məsaməli beton bloklarından olan divarlar “nəfəs alır”), səthin təmizliyi və hamarlığa malik olması, ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Məsaməli beton məhsulları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.
Qonşu region və Avropa ölkələrində məsaməli betondan olan tikinti materiallarının istehsalına investisiya qoyuluşu cəlbedici sayılır. Rusiyada məsaməli betondan olan tikintinin həcmi sürətlə artır. 2009-cu ildə məsaməli betonun tikinti bazarında payı yaşayış mənzil tikintisində 10.1%, qeyri-yaşayış sahələrinin tikintisində isə 13.6% təşkil edib. Bu göstərici inkişaf etmiş Avropa ölkələrində uyğun olaraq 35-45% təşkil edir.
MDB ölkələrindən Belorusda yaşayış mənzil tikintisində məsaməli betonun payı 46% təşkil edir, 2015-ci ilə qədər isə azmərtəbəli yaşayış evlərinin tikintisində bu payın 97%-ə çatdırılması nəzərdə tutulur. Ukraynada məsaməli beton məhsulunun istehlak həcmi 8 mln kub.m/il təşkil edir.

No comments:

Post a Comment